Bakı. 21 aprel. REPORT.AZ/ "Azərbaycan Hava Yolları"nın J2-830 reysi Moskvanın "Vnukovo" hava limanında (VKO) əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Sankt-Peterburqun "Pulkovo" aeroportuna məcburi eniş edib.
“Report” xəbər verir ki, təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Sankt-Peterburqdan Moskvaya yola düşəcək.