DİN: Ötən dövrdə 1 321 nəfər azad edilmiş ərazilərə qanunsuz keçməyə cəhd göstərib

DİN: Ötən dövrdə 1 321 nəfər azad edilmiş ərazilərə qanunsuz keçməyə cəhd göstərib Ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərə qanunsuz olaraq keçməyə cəhd göstərən şəxslərin sayı açıqlanıb
Hadisə
148
12 Aprel , 2021 23:10
DİN: Ötən dövrdə 1 321 nəfər azad edilmiş ərazilərə qanunsuz keçməyə cəhd göstərib
0 : 00
0 : 00

Ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərə qanunsuz olaraq keçməyə cəhd göstərən şəxslərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, ötən dövr ərzində 1 321 nəfər işğaldan azad edilmiş ərazilərə qanunsuz olaraq keçməyə cəhd göstərib.

O qeyd edib ki, həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görülüb: "Ölüm hallarının baş verdiyi hadisələrə görə barələrində cinayət işi başlananlar və həbs edilənlər də var. Hələ də işğaldan azad edilmiş ərazilərə qanunsuz şəkildə keçməyə çalışanlara rast gəlinir".

Son xəbərlər

Orphus sistemi