Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan "Report"a verilən məlumata görə, mayın 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 546, tank əleyhinə 279 mina və 1 021 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 2 098,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
2020-ci ilin noyabr ayının 10-dan bu ilin mayın 31-dək azad edilmiş ərazilərdə piyada əleyhinə 11 555, tank əleyhinə 5 723 mina və 16 041 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Eyni zamanda 11 666,9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.