Yuxarı

Azərbaycan Gürcüstanda külli miqdarda narkotik vasitənin saxlanılması ilə bağlı aparılan təhqiqatla əlaqədar BMT-yə müraciət ünvanlayıb

Hazırda Azərbaycan tərəfi Gürcüstanda aparılan istintaq prosesində iştirak etmir

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycan baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov Gürcüstanda külli miqdarda narkotik vasitənin saxlanılması ilə bağlı aparılan təhqiqatla əlaqədar BMT-yə müraciət ünvanlayıb. Bu barədə “Report”a Dövlət Komissiyasından bildirilib.

Məlumatda xatırladılıb ki, 11 iyul 2014-cü il tarixdə Gürcüstan Respublikası Daxili İşlər Nazirliyinin ölkədə külli miqdarda (2.800 litrə yaxın yuyucu maddədə həll edilmiş 588 kq 885 qr heroin, 11 kq 759 qr morfin və 2 kq 201 qr kodein) narkotik maddənin saxlanılması və bu narkotik maddənin Azərbaycan Respublikası ərazisindən tranzit olaraq keçməsi barədə məlumat yayılıb.

“Hazırda Gürcüstan Respublikasında bu işlə bağlı cinayət işi başlanılıb və istintaq aparılır. Azərbaycan tərəfi bu istintaq prosesində iştirak etmədiyindən qeyd edilən məsələnin tam və obyektiv araşdırılması məqsədi ilə bu işə beynəlxalq ekspertlərin cəlb edilməsinə kömək göstərilməsi üçün baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov tərəfindən BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin icraçı direktoru Yuriy Fedotova müraciət ünvanlanıb” – deyə, məlumatda bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi