AXCP Rəyasət Heyətinin üzvünün apellyasiya şikayəti təmin edilməyib

AXCP Rəyasət Heyətinin üzvünün apellyasiya şikayəti təmin edilməyib Prosesdə qərar açıqlanıb
Hadisə
31 Oktyabr , 2016 12:53
AXCP Rəyasət Heyətinin üzvünün apellyasiya şikayəti təmin edilməyib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

"Report"un məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar açıqlanıb.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, A.Yusifli 2014-cü ilin noyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Yusifli 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

A.Yusiflinin barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 06 may 2016-cı il tarixli Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsi Nizami Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə təqdimatı təmin etməyib. Həmin qərardan narazı qalan A.Yusifli apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi