Avtoyuma işçisi müştərinin avtomobili ilə qəza törədib, vəziyyəti ağırdır - YENİLƏNİB

Avtoyuma işçisi müştərinin avtomobili ilə qəza törədib, vəziyyəti ağırdır - YENİLƏNİB Şəki. 21 noyabr. REPORT.AZ/ Şəki rayonunda baş verən yol qəzasının təfərrüatı məlum olub.
Hadisə
21 Noyabr , 2018 20:09
Avtoyuma işçisi müştərinin avtomobili ilə qəza törədib, vəziyyəti ağırdır - YENİLƏNİB

Şəki. 21 noyabr. REPORT.AZ/ Şəki rayonunda baş verən yol qəzasının təfərrüatı məlum olub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, qəzanı törədən Təbriz Eyvazov şəhərdə fəaliyyət göstərən avtoyuma məntəqəsinin işçisi olub.

O, müştərinin ona yuyulmaq üçün gətirdiyi "Mercedes" markalı avtomobili sahibindən icazəsiz götürüb və yaşadığı ünvan istiqamətində hərəkət edib. İdarəetməni itirən T.Eyvazov maşını yol kənarındakı ağaca çırpıb.

Faktla bağlı araşdırma aparılır.


***18:59

Şəki rayonunda yol qəzası baş verib. 

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhər ərazisində qeydə alınıb.

Belə ki, Şəki şəhər Bağbanlar küçəsinin sakini, 1998-ci il təvəllüdlü Təbriz İmran oğlu Eyvazov idarə etdiyi minik avtomobili ilə yol qəzası törədib. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan "Report"a verilən məlumata görə, açıq kəllə-beyin travması diaqnozu qoyulan T.Eyvazov Reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi