Avtovağzaldan qaçırılan avtomobil 4 gün sonra yerinə qaytarıldı
Hadisə
- 06 fevral, 2020
- 07:35
Bakı Beynəlxalq Avtovağzal Kompleksi
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda avtomobil qaçırılıb.
“Report”un xəbərinə görə, hadisə yanvarın 29-da, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin dayanacağında qeydə alınıb.
Belə ki, naməlum şəxs Biləcəri qəsəbə sakini M.Babayevə məxsus “Mercedes” markalı avtomobili qaçırıb.
Daha sonra bu barədə M.Babayevin anası Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edib.
Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsində aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin avtomobil Ağdam rayon sakini, 1984-ci il təvəllüdlü T.Cəfərov tərəfindən qaçırılıb. O, fevralın 2-də isə qaçırdığı “Mercedes” markalı avtomobili həmin yerə gətirərək ərazidən uzaqlaşıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
23:13
Bakı və London müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək, təhdidlərə cavab verəcəklər
Xarici siyasət
22:59
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
Xarici siyasət
22:53
İsrail Fransada prezidentliyə namizədi "persona non qrata" elan edib
Digər ölkələr
22:41
Rusiya-Ukrayna danışıqlarının yeni raundu gələn həftə keçiriləcək
Digər ölkələr
22:35
Argentina millisi baş məşqçisi Lionel Skaloni ilə müqavilənin müddətini uzadıb
Futbol
22:32
ABŞ-də neft hasilatı rekord həddə çatıb
Energetika
22:17
Rusiya Ukraynanın neft-qaz obyektini sıradan çıxarıb
Digər ölkələr
22:06
Rusiya Konstantinovkada minatəmizləmə işlərinə başlamağa hazırdır
Region
22:06
Foto
Azərbaycan Çexiyanın ən iri neft təchizatçısıdır
Xarici siyasət