Avtomobildə gizlədilən mobil telefonlar aşkar edilib
Hadisə
- 08 fevral, 2019
- 10:50
Bakı. 8 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn "Hundai Sonata" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin motor yerindən 1 ədəd "Samsung Galaxy J6", 1 ədəd "Redmi Note 6 pro" markalı mobil telefon və 5 ədəd mobil telefon qutusu aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
04:15
İndoneziya sahillərində güclü zəlzələ olub, sunami xəbərdarlığı edilib
Digər ölkələr03:42
Tramp Harrisə yenidən ABŞ prezidentliyinə namizədliyini irəli sürməsini təklif edib
Digər ölkələr03:13
Foto
İtaliyada Renuar, Sezan və Matisin oğurlanmış rəsmləri tapılıb
Digər ölkələr02:39
Qəribabadı: Hörmüz boğazını "X" paylaşımları və ya təyyarə gəmiləri ilə ələ keçirmək olmaz
Region02:08
Foto
Güclü yağış Tbilisidə bir sıra problemlər yaradıb, iki metrostansiyasını su basıb - YENİLƏNİB
Region01:53
Türkiyədə viza fırıldaqçılığı ilə məşğul olan 37 nəfər həbs edilib
Region01:29
Netanyahu: Nüvə silahlı "İslam respublikası" Britaniya olacaq
Digər ölkələr00:54
Foto
Video
Sumqayıtda altı avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə00:42