Azərbaycanda avtomobil yük maşınına və sərnişin avtobusuna çırpılıb: 3 yaralı - VİDEO
- 21 avqust, 2015
- 10:07
Bakı. 21 avqust. REPORT.AZ/ Bakı-Qazax magistral yolunda qəza baş verib. "Report" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun 263-cü kilometrliyində, Ağdaş rayonunun Yenicə kəndi ərazisində qeydə alınıb.
Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Rafiq Tofiq oğlu Cavadov "KİA" markalı minik maşını ilə paytaxt istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn 1978-ci il təvəllüdlü İbrahim Niyazi oğlu Eminovun idarə etdiyi "QAZ 53" markalı yük maşınına çırpılıb.
Sonra "KİA" yoldan çıxaraq Gəncə istiqamətində hərəkət edən 1964-cü il təvəllüdlü Elman Eldar oğlu Ələsgərovun idarə etdiyi "Mercedes" markalı sərnişin avtobusunun yoluna çıxıb və ona çırpılıb.
Qəza nəticəsində "KİA"nın sürücüsü və sərnişini, 1974-cü il təvəllüdlü, Bakı şəhər sakini Azad Əliyusif oğlu Quliyev, həmçinin avtobusda olan sərnişin, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Elvin Nizami oğlu Əsədov xəsarət alıb. Onlar dərhal Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda yaralıların vəziyyəti orta-ağır olaraq qalmaqdadır.
Qəzanın səbəbləri ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
We are deeply saddened by the tragic crash of the Bangladesh Air Force training jet at Milestone School and College in #Dhaka.
— MFA Azerbaijan (@AzerbaijanMFA) July 21, 2025
We express heartfelt condolences to the families and loved ones of the victims, and the Government and people of Bangladesh. @BDMOFA