Azərbaycanda avtomobil 16 yaşlı velosipedçini vurub

Azərbaycanda avtomobil 16 yaşlı velosipedçini vurub Sürücü yaralını xəstəxanaya çatdırıb
Hadisə
28 İyul , 2015 11:57
Azərbaycanda avtomobil 16 yaşlı velosipedçini vurub

Bakı. 28 iyul. REPORT.AZ/ Ağcabədi rayonunda avtomobil velosiped sürən gənc oğlanı vurub. "Report" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "VAZ 21099" markalı avtomobil prospektdə hərəkət edərkən, həmin istiqamətdə velosiped sürən rayon sakini 16 yaşlı İlqar Həsənovu vurub. Qəza nəticəsində velosipedçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən sürücü yaralını xəstəxanaya çatdırıb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır .

Son xəbərlər

Orphus sistemi