Avstraliyanın itmiş sualtı qayığı 103 il sonra tapılıb

Avstraliyanın itmiş sualtı qayığı 103 il sonra tapılıb Bakı. 22 dekabr. REPORT.AZ/ Avstraliyanın Papua-Yeni Qvineya sahillərində 1914-cü ildə itmiş birinci sualtı qayığının qırıntılarını aşkar etmək üçün 103 il vaxt lazım gəlib.
Maraqlı
22 Dekabr , 2017 03:54
Avstraliyanın itmiş sualtı qayığı 103 il sonra tapılıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Avstraliyanın Papua-Yeni Qvineya sahillərində 1914-cü ildə itmiş birinci sualtı qayığının qırıntılarını aşkar etmək üçün 103 il vaxt lazım gəlib.

"Report"un məlumatına görə, bu barədə "BBC" xəbər verib.

"HMAS AE1" sualtı qayığının məhvi Birinci Dünya Müharibəsində Almaniya əleyhinə koalisiyasının ilk itkisi olub. Onun göyərtəsində 35 nəfər olub - Britaniya və Avstraliya matrosları.

Sualtı qayığın axtarışlarına ümumilikdə 13 ekspedisiya yollanıb. Yalnız sonuncu ekspedisiya qayığı Dyuk-of-York adaları yaxınlığında tapmağa müvəffəq olub.

Bu tapıntı Avstraliyanın Müdafiə Nazirliyinə onu ölkənin ən əhəmiyyətlisi tapıntısı adlandırmağa imkan verib.

Ekspedisiya axtarışlar üçün dənizin dibini tədqiq edən sualtı pilotsuz aparatdan istifadə edib. Aparat suyun 40 metr dərinliyində hərəkət edərək dənizin dibini araşdırıb. Sualtı qayığın qalıqları 300 metr dərinlikdə aşkar edilib.

Axtarış qrupu sualtı qayığın içində həlak olanların qısa anım xidmətini keçirib.

Son xəbərlər

Orphus sistemi