Avstraliyada avtomobilin məktəbə çırpılması nəticəsində 2 şagird ölüb, 22 nəfər xəsarət alıb
Hadisə
- 07 noyabr, 2017
- 02:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 noyabr. REPORT.AZ/ Avstraliyada avtomobil Sidneyin şəhərətrafındakı məktəblərdən birinin əlavə tikilisinə çırpılıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "ABC" radioyayımı şirkəti xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə yerli vaxtla saat 9:45-də baş verib. Avtomobil yoldan çıxaraq dərsin keçirildiyi əlavə tikiliyə çırpılıb.
Hadisə zamanı 2 uşaq ölüb, daha 22 məktəbli xəsarət alıb. Onlardan beşi xəstəxanaya yerləşdirilib. Yaralılardan ikisi ağır vəziyyətdədir. Digər zərərçəkənlərə hadisə yerində tibbi yardım göstərilib.
Qəzanı törətmiş qadın analizlərin götürülməsi üçün xəstəxanaya aparılıb. Hadisə yerinə 8 təcili yardım avtomobili və 1 vertolyot gəlib.
Son xəbərlər
10:21
Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb
İnfrastruktur
10:05
Əraqçi İƏT XİN Şurasının iclasına qatılmaq üçün İraqa səfərə gedib
Digər ölkələr
09:54
Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək
Fərdi
09:54
Azərbaycan 9 ayda nəqliyyat və anbar təsərrüfatında 13 milyard manata yaxın gəlir əldə edib
İnfrastruktur
09:37
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Hadisə
09:27
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (17.10.2026)
Maliyyə
09:25
Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Sənaye
09:21
Səudiyyə koalisiyası Yəməndə husilərin iki raket qurğusunu məhv edib
Digər ölkələr
09:15
Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq
Futbol