Göygöldə atasını öldürən gəncin cinayət işi məhkəməyə göndərilib - YENİLƏNİB
- 14 yanvar, 2019
- 12:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Gəncə. 14 yanvar. REPORT.AZ/ Göygöldə qətl törətməkdə təqsirləndirilən Ramil Quluyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
*** 13:21
Göygöl. 13 yanvar. REPORT.AZ/ Göygöl rayonunun Yeni Qızılca kəndində gənc oğlan atasını öldürüb.
"Report"un yerli bürosu xəbər verir ki, həmin kəndə yaşayan Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Eşqin Ramil oğlu Quluyev ailə münaqişəsi zəminində atası, 1980-ci il təvəllüdlü Ramil İsa oğlu Quluyevi balta və bıçaqla qətlə yetirib.
Məlumata görə, R.Quluyev gecə saatlarında həyat yoldaşı ilə mübahisə edib və onu döyüb. Bu zaman R.Quluyevin 17 yaşlı oğlu E.Quluyev atasının başına balta ilə ağır zərbələr endirib. E.Quluyev atasının ona müqavimət göstərdiyini görüb habelə ona bir neçə bıçaq zərbəsi də endirib. R.Quluyev aldığı xəsarətlərdən yerindəcə keçinib.
E.Quluyev polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.