Ata avtomobili aşırdı, oğlu öldü

Hadisə
  • 15 iyun, 2020
  • 09:01
Ata avtomobili aşırdı, oğlu öldü

Yardımlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, hadisə Fındıqlı-Qışlaq kəndi ərazisində baş verib.

Otlaq sahəsində kənd sakini Q.Abbasov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb.

Nəticədə sərnişini olan oğlu Siyasət hadisə yerində ölüb.

Özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.