Astarada yük avtomobili qəzaya uğrayıb, ölən və yaralanan var

Astarada yük avtomobili qəzaya uğrayıb, ölən və yaralanan var Astarada yük avtomobili yoldan çıxaraq aşıb, bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb.
Hadisə
27 Fevral , 2022 21:48
Astarada yük avtomobili qəzaya uğrayıb, ölən və yaralanan var

Astarada yük avtomobili yoldan çıxaraq aşıb, bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Pəlikeş kəndində baş verib. Belə ki, kənd sakini 1989-cu il təvəllüdlü Ələmdar Seyfəddin oğlu Əzizovun idarə etdiyi “VAZ-66” markalı yük avtomobili dağlıq ərazidə idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb və yaşayış evinə çırpılıb.

Hadisə zamanı sürücü yüngül, avtomobildə olan sərnişin, Pəlikeş kənd sakini 1988-ci il təvəllüdlü Tarif Raqifağa oğlu Sovqatov ağır xəsarətlər alıb. T.Sovqatov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda ölüb.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi