Astarada yol qəzası baş verib, xəsarət alan var

Astarada yol qəzası baş verib, xəsarət alan var Astara rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
10 Fevral , 2021 00:47
Astarada yol qəzası baş verib, xəsarət alan var

Astara rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı 1972-ci il təvəllüdlü Zülfüqarov Əmrah Vəli oğlu xəsarətlər alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin müştərək travması diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi