Astarada yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Hadisə
  • 02 fevral, 2019
  • 07:05
Astarada yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Astara. 2 fevral. REPORT.AZ/  Astara rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə zamanı 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Belə ki, "VAZ-2106"nın sürücüsü, Astara rayonunun Artupa kənd sakini, 1985-ci il təvəllüdlü Rahim Ramiz oğlu Qulamov Lənkəran Rayon Məkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib.

Digər yaralılar Astara rayon sakinləri 1986-cı il təvəllüdlü Cavid Əsgər oğlu Hüseynov, 1992-ci il təvəllüdlü İlkin Ağarəhim oğlu Kəlbiyev və 1989-cu il təvəllüdlü Rəhman Zabit oğlu Cavadov Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.


*** 9:13

Astara. 2 fevral. REPORT.AZ/ Astara rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, "VAZ-2106" və "Mercedes" markalı avtomobillər toqquşub. 

Yol qəzası nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Yaralılar "təcili yardım" maşınları ilə xəstəxanaya çatdırılıb. Onlardan 1-i Lənkəran Rayon Mərkəzi Xəstəxanasına, digərləri isə Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.