Astarada toy mərasimi dayandırıldı, bəy polis şöbəsinə aparıldı
Hadisə
- 07 iyul, 2020
- 06:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Astara Rayon Polis Şöbəsinə şəhər sakini Elçin Şiriyevin oğluna toy mərasimi təşkil etməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən xəbərə görə, dərhal polis əməkdaşları sözügedən ünvana gələrək toy mərasimini dayandırıblar.
Bəy Azad Şirizadə və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətiriliblər. Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub.
E.Şiriyev barəsində toplanmış materiallar məhkəməyə göndərilib, karantin rejiminin tələblərini pozduqları üçün 7 nəfər barəsində isə protokol tərtib edilərək cərimə olunublar.
Son xəbərlər
07:38
Bakının iki rayonunda işıq kəsiləcək
Energetika
07:04
Yaponiya kütləvi məlumat sızmalarına qarşı xüsusi qrup yaradacaq
Digər ölkələr
06:37
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
Digər ölkələr
06:13
Şimali Koreyada yeni HHM kompleksi sınaqdan keçirilib
Digər ölkələr
05:41
Qızılın qiyməti 4 100 dolları ötüb
Maliyyə
05:27
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
Digər ölkələr
04:44
Berlin polisi Bavariyanın iqtisadiyyat nazirinin ölümünü təsdiqləyib
Digər ölkələr
04:10
Hakim Cefris ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini irəli sürüb
Digər ölkələr
03:54
İsveçrə Rusiyaya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr