Astarada qəza törədən motosikletçi ölüb
Hadisə
- 21 avqust, 2025
- 21:54
Astarada qəza törədən motosikletçi ölüb.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Züngüləş kəndində baş verib.
Belə ki, Ərçivan qəsəbə sakini, 1995-ci il təvəllüdlü Hüseyn Araz oğlu Əliyev idarə etdiyi motosikletlə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə motosiklet yol kənarındakı dirəyə çırpılıb.
Qəza nəticəsində H.Əliyev aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.
Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
05:29
Misirdə avtobus qəzasında 22 nəfər ölüb
Digər ölkələr04:55
Minneapolis şəhərindəki atışmada azı 2 nəfər ölüb - YENİLƏNİB
Digər ölkələr04:44
ABŞ-da nazirin olduğu təyyarə mühərrikdəki nasazlığı səbəbindən məcburi eniş edib
Digər ölkələr03:48
Mübahisəli cəzadan sonra Obameyanq milli komandadan ayrılıb
Futbol03:13
CENTCOM İranda toy mərasiminin keçirildiyi yerə endirilən zərbəni araşdırır
Digər ölkələr02:37
Norveç Rusiyaya məxsus gəminin saxlanıldığını təsdiqləyib
Digər ölkələr02:14
Macarıstanın baş naziri: Ölkəmiz heç bir namizədin Aİ-yə sürətlə qəbulunu dəstəkləmir
Digər ölkələr01:46
ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 86 ticarət gəmisini saxlayıb
Digər ölkələr01:17