Astarada piyadanı maşın vurub

Astarada piyadanı maşın vurub Qəzanı süd toplayan avtomaşının sürücüsü törədib
Hadisə
21 Aprel , 2018 20:06
Astarada piyadanı maşın vurub

Astara. 21 aprel. REPORT.AZ/ Astara rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, 1961-ci il təvəllüdlü Təngərüd kənd sakini Ağayev Elman Mirbaba oğlu yolu keçərkən kənddə emal üçün süd toplayan Masallı sakininin idarə etdiyi avtomaşın tərəfindən vurulub.

Yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi