Astarada oğurluq edən dəstə tutulub - FOTO

Astarada oğurluq edən dəstə tutulub - FOTO Dörd fakt üzrə cinayət işi açılıb
Hadisə
28 Dekabr , 2015 09:43
Astarada oğurluq edən dəstə tutulub - FOTO

Bakı. 28 dekabr. REPORT.AZ/ Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-isitntaq tədbirləri zamanı 4 cinayət faktının üstü açılıb. "Report"un məlumatına görə, Astara rayonunun Şahağacı kənd sakini 25 yaşlı  Arif Xudayar oğlu Cabbarov və onun xalası oğlu yetkinlik yaşına çatmayan 17 yaşlı  Şamxal Raqib oğlu Mirzəyev qabaqcadan əlbir olaraq bir sıra oğurluqlar ediblər.

Astara RPŞ-dən "Report"a bildirilib ki, hər iki şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında müxtəlif vaxtlarda oğurluq ediblər: "Araşdırmalar zamanı məlum olub ki, onlar Rövşən Yaşar oğlu Mürsəlzadənin rayonun Şahağacı kəndində yerləşən tövləsinə qanunsuz daxil olublar. Oradan 7 baş və qohumları olan  Fərqanə Rəhman qızı Hüseynovanın həyətindəki tövlədən daha 1 baş qoyun oğurlayıblar. Ümumilikdə, vətəndaşlara 800 manat dəyərində maddi ziyan vurublar". 
Polis Şöbəsindən verilən məlumata görə, daha sonra onlar həmkəndlisi Ramin Emin oğlu Tarifzadəni öz cinayətkar qruplarına əlavə ediblər: "Oğurluqla məşğul olan cinayətkar dəstə Hadi Məmməd oğlu Ağayevə məxsus mağazadan 600 manat pul və 125 manat dəyərində mobil danışıq kartları oğurlamaqla zərər çəkmiş şəxsə 725 manat maddi ziyan vurublar. Bir neçə ay ərzində bağlı qalan iki oğurluq faktı da Ş.Mirzəyevin həmkəndlisi Eldar Xəlil oğlu İbrahimova məxsus köşkdən 30 manat pul və tütün məmulatlarını oğurladıqdan sonra əməliyyat tədbirləri nəticəsində saxlanmasından sonra təsdiqini tapıb. Təqsirləndirilən şəxs qismində saxlanılanlar barəsində 4 fakt üzrə cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi