Astarada maşın körpüdən aşıb, ailənin 3 üzvü xəsarət alıb - YENİLƏNİB
- 23 iyun, 2019
- 05:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarətalan şəxslərin adları məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, 1994-cü il təvəllüdlü Röyal Əlizadənin idarə etdiyi "Mercedes" markalı maşın yol qovşağı üzərindəki körpüdən aşağı aşıb. Nəticədə avtomobilin sərnişinləri - 1962-ci il təvəllüdlü Astara şəhər sakini - Cəfərova Yektarə İslam qızı, 1992-ci il təvəllüdlü Cəfərli Ağabəyim İlham oğlu və 1994-cü il təvəllüdlü Cəfərli Abdulla İlham oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıların ikisinin də qol nahiyəsi gipsə salınıb və onlar bu gün səhər evə buraxılıblar. Vəziyyəti daha ağır olan Yektarənin müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
*** 08:11
Astara rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Cənub Mərkəzinin məlumatına görə, hadisə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Astara rayonu ərazisindən keçən hissəində qeydə alınıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar "təcili yardım" avtomobilləri ilə xəstəxanaya çatdırılıb.