Astarada ər arvadını 5 dəfə bıçaqlayıb

Astarada ər arvadını 5 dəfə bıçaqlayıb Astara rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
7 İyul , 2019 21:00
Astarada ər arvadını 5 dəfə bıçaqlayıb

Astara rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Kolatan kəndində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Quliyev Ramin Cəfər oğlu ailə-məişət zəminində həyat yoldaşı 1983-cü il təvəllüdlü Quliyeva Elazə Şirməmməd qızını döş qəfəsinə beş dəfə bıçaq zərbəsi endirib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan E.Quliyeva reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi