Astarada avtomobil aşıb, xəsarət alanlar var

Astarada avtomobil aşıb, xəsarət alanlar var Astara. 20 oktyabr. REPORT.AZ/ Astara rayonunda ağır yol-nəliyyat hadisəsi baş verib.
Hadisə
20 Oktyabr , 2018 16:09
Astarada avtomobil aşıb, xəsarət alanlar var

Astara. 20 oktyabr. REPORT.AZ/ Astara rayonunda ağır yol-nəliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Pəlikeş kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Pəlikeş kənd sakini, 1999-cu il təvəllüdlü Elməddin Təvəkkülzadə idarə etdiyi "UAZ" markalı avtomobillə hərəkətdə olarkən sərt döngədə idarəetməni itirib və maşını çökəkliyə aşırıb. 

Hadisə nəticəsində E.Təvəkkülzadə və avtomobildə olan sərnişin, 1985-ci il təvəllüdlü Aynurə Şabanova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. E.Təvəkkülzadə qapalı kəllə-beyin travması ilə Reanimasiya şöbəsinə yerləşdirilib. A.Şabanovaya isə sağ bazu sümüyunün aşağı hissəsinin yerdəyişən qəlpəli sınığı diaqnozu qoyulub.

Hər iki yaralının vəziyyətinin orta-ağır olduğu bildirlir. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi