Astarada 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib - FOTO
Hadisə
- 20 yanvar, 2020
- 08:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Astara rayonunda 20 Yanvar faciəsinə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, tədbirdə 20 Yanvar faciəsi barədə məlumat verilib.
Bildirilib ki, şəhid olanlar arasında Astaradan da iki nəfər var. Çingiz Mirzəhüseyn oğlu Əliyev və Novruz Faiq oğlu Əsgərov Şəhidlər xiyabanında uyuyur.
Tədbir iştirakçıları tərəfindən Vətənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi yad edilib, şəhidlərin ruhuna dualar oxunub. Məktəblilərin nümayiş etdirdiyi kompozisiyadan sonra rayon rəhbərliyi tərəfindən Xatirə Kompleksinin önünə əklil qoyulub, tər qərənfillər düzülüb, şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Son xəbərlər
00:11
Kiyev ardıcıl ikinci gün həyəcan siqnalı olmadan S-400-lərin zərbələrinə məruz qalıb
Digər ölkələr
23:55
Türkiyədə 80 nəfər qidadan zəhərlənib
Region
23:37
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Digər ölkələr
23:23
UKMTO: Hörmüz boğazında tanker hücuma məruz qalıb – YENİLƏNİB
Region
23:22
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Slaviya" ilə oyunda möhtəşəm nəticəyə imza atdıq"
Futbol
23:09
"Slaviya"nın baş məşqçisi Yindrjix Trpişovski: "Sabah"la oyunda mənasız qollar buraxdıq"
Futbol
23:04
FIBA Avropa Kuboku: "LANDAU Lions" Slovakiya klubuna məğlub olub
Komanda
22:48
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
Futbol
22:39
Foto
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB-6
Futbol