Astara sakini Rusiyada olan həmkəndlisinin evindən oğurluq edib

Hadisə
  • 13 may, 2019
  • 13:26
Astara sakini Rusiyada olan həmkəndlisinin evindən oğurluq edib

Astara rayon sakini Rusiyada olan həmkəndlisinin evindən oğurluq edib. 

Bu barədə "Report"un Cənub Mərkəzinə DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. 

Astara rayon sakini olan bir qadın oğurluq hadisəsi barədə DİN-in “102” xidməti-zəng mərkəzi sisteminə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər tərəfindən gecə saatlarında onun Rusiyada yaşayan oğlu C.Hüseynova məxsus Kakalos kəndində yerləşən evdən 1 ədəd 600 manat dəyərində “Samsung” markalı televizor, çamadanı ilə birlikdə 1 ədəd “Hitachi” markalı videokamera, 300 manat dəyərində kabel, 1 ədəd internet modemi oğurlanıb. Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq faktını rayonun Kakalos kənd sakini Əbdül Mirzəyevin törətdiyi müəyyən edilib və o polis əməkdaşları tərəfindən saxlanılıb. Oğurladığı məişət əşyaları ondan aşkarlanaraq maddi sübut kimi götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti