Astarada baş vermiş ağır yol qəzasında ölən və yaralanan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB - FOTO

Astarada baş vermiş ağır yol qəzasında ölən və yaralanan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB - FOTO Qəzada ölmüş “VAZ-2107” markalı avtomobilin sürücüsünün sabah toyu olacaqdı
Hadisə
16 Dekabr , 2016 22:29
Astarada baş vermiş ağır yol qəzasında ölən və yaralanan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB - FOTO

Bakı. 16 dekabr. REPORT.AZ/ Astara rayonunda baş vermiş ağır yol qəzasında ölən və yaralanan şəxslərin kimliyi məlum olub.

"Report"un cənub bürosu xəbər verir ki, hadisə zamanı ölən şəxs Məmmədzadə Nicat Fizuli oğludur. 

Qeyd edək ki, sabah - dekabrın 17-də Nicat Məmmədzadənin toy mərasimi olacaqdı. Hadisə zamanı "BMW" avtomobilində ağır xəsarət almış sərnişin isə Məmmədzadə Samir Nizami oğludur. 

Qəzaya düşmüş hər iki avtomobildəki şəxslər yaxın qohumdurlar.  

"BMW" markalı avtomobili idarə edən şəxs Bakı şəhər sakini, Emil Elşad oğlu Həsənov da xəsarət alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.



***22:06

Astara rayonunda bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

"Report"un cənub bürosunun məlumatına görə, hadisə Astara şəhəri ərazisində qeydə alınıb.

Belə ki, “BMW” markalı, 90 OE 855 dövlət nömrə nişanlı minik avtomobili “VAZ-2107” markalı, 07 BE 113 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Nəticədə “VAZ-2107” markalı avtomobilin sürücüsü ölüb, “BMW” avtomobildəki sərnişinlərdən biri ağır xəsarət alıb.

Qeyd edək ki, qəza zamanı toqquşan avtomobillərdəki şəxslər yaxın qohumdurlar. Bununla yanaşı, qəzada ölmüş “VAZ-2107” markalı avtomobilin sürücüsünün sabah toyu olacaqdı.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi