Arvadını xəstəxanada qətlə yetirən şəxsə hökm oxunub
Hadisə
- 20 dekabr, 2019
- 13:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham edilən Faiq İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, F.İbrahimov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə iyun ayında Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzində baş verib. Abşeron rayon sakini, 38 yaşlı İbrahimov Faiq Əliqulu oğlu dini nikah bağladığı həyat yoldaşı, 41 yaşlı İbrahimova Xavər Arif qızının iş yerində sinə və boğaz nahiyəsinə iki bıçaq xəsarəti yetirib. Qadın aldığı xəsarətlərdən keçinib.
F.İbrahimov arvadını xəyanət üstündə öldürdüyünü bildirib.
Son xəbərlər
16:29
MACC: Bakıda İƏT ölkələrində korrupsiyaya qarşı mübarizə üçün mühüm qərarlar qəbul edilib
Digər ölkələr
16:27
AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb
Futbol
16:23
"Turan Tovuz"la oyunda qırmızı vərəqə alan "Neftçi"nin futbolçusu İqor Ribeyro 2 oyunluq cəzalanıb
Futbol
16:21
Çoxmədəniyyətli Azərbaycan: dialoq üçün uyğun məkan
Analitika
16:20
"Qarabağ" 6 000 manat cərimələnib
Futbol
16:20
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olunub
Maliyyə
16:18
"Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib
İnfrastruktur
16:15
Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Hadisə
16:14
Süleyman İsmayılzadə və Məryəm Cavadova Dakar-2026-da Azərbaycanın bayraqdarları olacaq
Fərdi