Arvadını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxılıb

Hadisə
  • 23 iyun, 2017
  • 10:45
Arvadını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bakı. 23 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməaində arvadını bıçaqlamaqda təqsirləndirilən İlham Məşədiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə İ.Məşədiyevə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, İ.Məşədiyevin həyat yoldaşı Şəriyyə Məşədiyevanı bıçaqlayıb.

44 filmi