“Araz market”in işçiləri mağazadan oğurluq etmək istəyən şəxsi tutublar

“Araz market”in işçiləri mağazadan oğurluq etmək istəyən şəxsi tutublar Bakı. 27 aprel. REPORT.AZ/ Bakıda “Araz market”in mağazalarından birində oğurluğa cəhd olub.
Hadisə
27 Aprel , 2018 10:27
“Araz market”in işçiləri mağazadan oğurluq etmək istəyən şəxsi tutublar

Bakı. 27 aprel. REPORT.AZ/ Bakıda “Araz market”in mağazalarından birində oğurluğa cəhd olub.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospektində yerləşən “Araz market”də qeydə alınıb. Marketdən 134 ədəd dəyəri 150 manat olan “Snikers” oğurlamağa cəhd göstərən 25 yaşlı Sahib Səmədli marketin işçiləri tərəfindən saxlanılıb.

S.Səmədli Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi