Anar Bağırov: "İlk dəfə ölkədə vəkillərin sayı 1000 nəfəri ötüb"

Anar Bağırov: "İlk dəfə ölkədə vəkillərin sayı 1000 nəfəri ötüb" Bakı. 2 may. REPORT.AZ/ Bu gün Vəkillər Kollegiyasının həyatında önəmli bir gündür. Belə ki, ilk dəfə ölkədə vəkillərin sayı 1000 nəfəri ötüb.
Hadisə
2 May , 2018 10:14
Anar Bağırov: İlk dəfə ölkədə vəkillərin sayı 1000 nəfəri ötüb
Vəkillər Kollegiyasinin (VK) sədri Anar Bağırov / Report/ Elchin Murad

Bakı. 2 may. REPORT.AZ/ "Bu gün Vəkillər Kollegiyasının həyatında önəmli bir gündür. Belə ki, ilk dəfə ölkədə vəkillərin sayı 1000 nəfəri ötüb".

"Report"un məlumatına görə, bunu Vəkillər Kollegiyasinin (VK) sədri Anar Bağırov vəkillərin andiçmə mərasimində jurnalistlərə açıqlamasında deyib.

A.Bağırov qeyd edib ki, ölkədə 1039 nəfər vəkil fəaliyyət göstərir: "Bugünkü andiçmə mərasimində 90 nəfər namizəd yazılı imtahanı, şifahi müsahibəni, tədrisi uğurla keçib, təntənəli surətdə Vəkillər Kollegiyasına qəbul olunublar. Bu namizədlər respublikanın bütün regionlarında fəaliyyət göstərəcək, insanlarımıza yüksək keyfiyyətli hüquqi yardım edəcəklər. Çalışırıq ki, bu işi daim davam etdirək".

VK-nın sədri bildirib ki, hazırda kollegiyaya qəbul davam edir: "Ümid edirəm ki, ilin sonuna kimi ölkədə vəkillərin sayı xeyli artacaq. Vəkillər Kollegiyasının Rəyasət Heyəti olaraq bu məsələləri daim diqqət mərkəzində saxlayırıq. Hazırda bu gün qəbul edilən namizədlərin tam əksəriyyəti, 80 faizədək namizədlər 40 yaşına kimi olan hüquqşünaslardır. Bu onu göstərir ki, hazırda vəkilliyə gənc hüquqşünaslar böyük maraq göstərirlər. Bu da sevindirici haldır".

Son xəbərlər

Orphus sistemi