ANAMA: Ötən ay Azərbaycanda mina/PHS hadisəsi qeydə alınmayıb

ANAMA: Ötən ay Azərbaycanda mina/PHS hadisəsi qeydə alınmayıb Aprel ayında 7 412 514 kv.m ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan təmizlənib
Hadisə
10 May , 2016 12:04
ANAMA: Ötən ay Azərbaycanda mina/PHS hadisəsi qeydə alınmayıb

Bakı. 10 may. REPORT.AZ/ Bu ilin aprel ayında 7 412 514 kv. metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Bu barədə "Report"a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Məlumata görə, 1 707 ədəd PHS, 6 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Cəmi 1 722 ədəd mina və PHS zərərsizləşdirilib. 

Əməliyyatlarda 402 nəfər əməliyyat heyəti və 228 nəfər inzibati heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 327 855 880 kv.m ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 718 029-dur.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Goranboy, Cəbrayıl, Cəlilabad, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində davam etdirilir.

Aprel ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb. 

Son xəbərlər

Orphus sistemi