ANAMA-nın mütəxəssisləri də itkin düşmüş alpinistlərin axtarışlarına qoşulublar - RƏSMİ

ANAMA-nın mütəxəssisləri də itkin düşmüş alpinistlərin axtarışlarına qoşulublar - RƏSMİ Xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir
Hadisə
30 Dekabr , 2017 12:23
ANAMA-nın mütəxəssisləri də itkin düşmüş alpinistlərin axtarışlarına qoşulublar - RƏSMİ

Bakı. 30 dekabr. REPORT.AZ/ “Gilavar” hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızının, Hüseynov Babur Vaqif oğlunun və Bünyatzadə Namin Nizami oğlunun axtarışlarına Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi təyinatlı avadanlıqla təchiz edilmiş mütəxəssisləri də qoşulub.

"Report" xəbər verir ki, bu barədə Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərargahı məlumat yayıb.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17” helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.

Son xəbərlər

Orphus sistemi