ANAMA: 21 ildə 805856 ədəd mina və hərbi sursat zərərsizləşdirilib

ANAMA: 21 ildə 805856 ədəd mina və hərbi sursat zərərsizləşdirilib Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) yarandığı gündən indiyə kimi zərərsizləşdirdiyi minaların sayını və partlayıcı vasitələrdən təmizlədiyi ərazilərin sahəsini açıqlayıb.
Hadisə
2 Yanvar , 2020 01:54
ANAMA: 21 ildə 805856 ədəd mina və hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) yarandığı gündən indiyə kimi zərərsizləşdirdiyi minaların sayını və partlayıcı vasitələrdən təmizlədiyi ərazilərin sahəsini açıqlayıb.

Bu barədə "Report"a ANAMA-dan məlumat verilib.

Bildirilir ki, agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 541 229 088 kv.m (54 122,91 ha) ərazi təmizlənib. ANAMA həmçinin yarandığı gündən bu günə kimi ölkə ərazisində 805 856 ədəd mina və partlamamış hərbi sursatı (PHS) taparaq zərərsizləşdirib.

Son xəbərlər

Orphus sistemi