AMEA-nın vəzifəli şəxsinin mənzilindən 29 ay müddətində külli məbləğdə pul oğurlanıb

AMEA-nın vəzifəli şəxsinin mənzilindən 29 ay müddətində külli məbləğdə pul oğurlanıb Oğurluqda şübhəli bilinən şəxs tutulub
Hadisə
24 İyul , 2017 16:15
AMEA-nın vəzifəli şəxsinin mənzilindən 29 ay müddətində külli məbləğdə pul oğurlanıb
Aybəniz Əliyeva-Kəngərli

Bakı. 24 iyul. REPORT.AZ/ AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlinin mənzilindən oğurluq olub.

"Report" xəbər verir ki, A.Əliyevanın Nəsimi rayonundakı mənzilində qulluqçu işləyən Xanım Zeynalova 2015-ci ilin yanvar ayından 2017-ci ilin may ayına qədər külli məbləğdə pul və qızıl-zinət əşyaları oğurlayıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində mənzildən 29 ay müddətində oğurluq etmiş X.Zeynalova tutulub.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi