Ali Məhkəmə keçmiş MTN-in şöbə rəisinin əmlakının müsadirə edilməsini dayandırıb

Ali Məhkəmə keçmiş MTN-in şöbə rəisinin əmlakının müsadirə edilməsini dayandırıb Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin sabiq rəisi Vüsal Ələkbərovun əmlakının müsadirə olunması ilə bağlı verilən kassasiya şikayətinə baxılıb.
Hadisə
1 May , 2019 14:52
Ali Məhkəmə keçmiş MTN-in şöbə rəisinin əmlakının müsadirə edilməsini dayandırıb

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin sabiq rəisi Vüsal Ələkbərovun əmlakının müsadirə olunması ilə bağlı verilən kassasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Fərhad Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilib, V.Ələkbərovun barəsində olan hökmdən əmlakın müsadirə edilməsi hissəsi dəyişdirilib.

Belə ki, keçmiş MTN-in şöbə rəisinin əmlakının müsadirə edilməsi dayandırılıb.

Qeyd edək ki, V.Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü(qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun əmlakının müsadirə edilməsi barədə qərar çıxarıb. Hökmdən narazı qalan V.Ələkbərov və zərərçəkmişlər apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən, V.Ələkbərovun 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası 5 ilə endirilib. 

Son xəbərlər

Orphus sistemi