Ağsuda heyvan tələfatı ilə nəticələnən yanğın baş verib

Ağsuda heyvan tələfatı ilə nəticələnən yanğın baş verib Tövləyə yaxın evlər yanğından mühafizə olunub
Hadisə
29 Avqust , 2017 07:54
Ağsuda heyvan tələfatı ilə nəticələnən yanğın baş verib

Bakı. 29 avqust. REPORT.AZ/ Gecə saatlarında Ağsu rayonunun Yenilik kəndində ümumi sahəsi 126 m2 olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 30 ton ot bağlamasının 22,5 tonu yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı tövlənin içərisində olan 2 baş iribuynuzlu (dana), 2 baş xırdabuynuzlu (qoyun, keçi) yanaraq tələf olub.

Otun qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi