Ağsuda dağlıq ərazidə yanğın başlayıb

Ağsuda dağlıq ərazidə yanğın başlayıb Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağsu rayonu, Keşdiməz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.
Hadisə
16 Avqust , 2021 21:18
Ağsuda dağlıq ərazidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağsu rayonu, Keşdiməz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

FHN-dən "Report"a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən, təqribən 150 ha sahədə quru ot və kol-kos yanır.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi