Ağsuda birmərtəbəli evdə yanğın olub

Ağsuda birmərtəbəli evdə yanğın olub Ağsuda fərdi yaşayış evi yanıb.
Hadisə
11 İyul , 2021 23:43
Ağsuda birmərtəbəli evdə yanğın olub

Ağsuda fərdi yaşayış evi yanıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki,hadisə rayonun Cəlayir kəndində qeydə alınıb.

Kənd sakini Məmmədov Alı Qurbanəli oğluna məxsus ümumi sahəsi 158 kvm 2 otaqlı birmərtəbəli ev yanar konstruksiyaları ilə birlikdə yanaraq külə dönüb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Ağsu rayon dövlət yanğından mühafizə idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi