Ağsu və Mingəçevir sakinləri odlu silahları polisə könüllü təhvil veriblər

Ağsu və Mingəçevir sakinləri odlu silahları polisə könüllü təhvil veriblər Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir.
Hadisə
3 Dekabr , 2023 11:54
Ağsu və Mingəçevir sakinləri odlu silahları polisə könüllü təhvil veriblər

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, keçirilən profilaktiki tədbirlər nəticəsində Ağsu rayon və Mingəçevir şəhər sakinlərindən 2 ədəd müvafiq sənədləri olmadan qanunsuz olaraq saxlanılan ov tüfəngləri aidiyyəti polis şöbələrinin əməkdaşları tərəfindən təhvil götürülüb.

Son xəbərlər

Orphus sistemi