Ağsuda dağlıq ərazidə yanğının yayılmasının qarşısı alınıb - FOTO - VİDEO - YENİLƏNİB

Ağsuda dağlıq ərazidə yanğının yayılmasının qarşısı alınıb - FOTO - VİDEO - YENİLƏNİB Avqustun 22-də gündüz saat 14 radələrində Ağsu rayonunun Kəndaxan kəndinin yaxınlığında baş verən yanğının yayılmasının qarşısı alınıb.
Hadisə
26 Avqust , 2019 12:18
Ağsuda dağlıq ərazidə yanğının yayılmasının qarşısı alınıb - FOTO - VİDEO - YENİLƏNİB
Report

Avqustun 22-də gündüz saat 14 radələrində Ağsu rayonunun Kəndaxan kəndinin yaxınlığında baş verən yanğının yayılmasının qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyinin Ağsu yanğından mühafizə hissəsindən "Report"un yerli bürosuna verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 35 nəfər şəxsi heyəti, 5 texnikası, Mülkü Müdafiə Qoşunlarının 35 nəfər şəxsi heyəti, 2 texnikası cəlb olunub. Ümumilikdə nazirliyin 70 nəfər şəxsi heyəti və 7 texnikası ərazidədir.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.


*** 25 avqust, saat 23:55

Ağsu rayonunun dağlıq ərazisində meşə massivi yanır. 

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Gəgəli kəndinin dağlıq ərazisində qeydə alınıb. 

Hadisə yerinə FHN-nin Ağsu, Göyçay, İsmayıllı, Şamaxı, Kürdəmir rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və canlı qüvvələri, eləcə də mülkü müdafiə qoşunun şəxsi heyəti cəlb olunub. 

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi