Ağstafaya qonaq gedən Türkiyə vətəndaşı küçədə döyülüb

Ağstafaya qonaq gedən Türkiyə vətəndaşı küçədə döyülüb Ağstafa. 4 oktyabr. REPORT.AZ/ Ağstafa rayonunda Türkiyə vətəndaşı naməlum şəxslər tərəfindən döyülüb.
Hadisə
4 Oktyabr , 2018 01:08
Ağstafaya qonaq gedən Türkiyə vətəndaşı küçədə döyülüb

Ağstafa. 4 oktyabr. REPORT.AZ/ Ağstafa rayonunda Türkiyə vətəndaşı naməlum şəxslər tərəfindən döyülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1982-ci il təvəllüdlü Fatih Ali oğlu Bahdiyar küçədə gedərkən bir neçə nəfərin hücumuna məruz qalıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən F.Bahdiyarın vəziyyətinin orta-ağır olduğu bildirilir.

Ağstafa rayonunda qonaq olduğunu bildirən F.Bahdiyar bundan öncə də həmin şəxslərin hücumuna məruz qaldığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi