Ağcabədidə iki avtomobil toqquşdu, ölən var

Ağcabədidə iki avtomobil toqquşdu, ölən var Ağcabədi rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib
Hadisə
901
16 Yanvar , 2021 18:21
 Ağcabədidə iki avtomobil toqquşdu, ölən var

Ağcabədi rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Köçvəlili kəndində “Mercedes” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1986-cı il təvəllüdlü İsrafilov Ələsgər Əyyub oğlunun meyitini deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi