Ağstafada rəfiqələr arasında dava olub, bir nəfər xəstəxanaya yerləşdirilib

Ağstafada rəfiqələr arasında dava olub, bir nəfər xəstəxanaya yerləşdirilib Həkimlər Kəmalə Məmmədovanın vəziyyətini orta-ağır kimi qiymətləndiriblər
Hadisə
30 İyun , 2017 16:11
Ağstafada rəfiqələr arasında dava olub, bir nəfər xəstəxanaya yerləşdirilib

Ağstafa. 30 iyun. REPORT.AZ/ Ağstafada qadınlar arasında dava olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə bu gün Ağstafa şəhərində baş verib.

Rayon sakini, 1979-cu il təvəllüdlü Məmmədova Kəmalə Nadir qızı iki rəfiqəsi tərəfindən döyülüb. 

O, xəstəxanaya yerləşdirilib. Həkimlər K.Məmmədovanın vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Rəfiqələr arasında baş verən davanın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi