Ağstafada iki qardaş bıçaqlanıb, biri ölüb

Ağstafada iki qardaş bıçaqlanıb, biri ölüb Ağstafada rayonunda qətl hadisəsi olub.
Hadisə
985
13 Sentyabr , 2021 10:34
Ağstafada iki qardaş bıçaqlanıb, biri ölüb

Sentyabrın 12-i saat 23 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri –Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşfiq Zeynalovaya isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağstafa rayon prokurorluğundan "Report"a verilən məlumata görə, aparılan araşdırmalarla 1986-cı il təvəllüdlü Sabir Məmmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmkəndlisi 1981-ci il təvəllüdlü Yaşar Yusifovun sol döş qəfəsi nahiyəsinə xəsarət yetirərək qəsdən öldürməsinə, sonuncunun qardaşı Müşfiq Zeynalovun isə sol kürək nahiyəsinə xəsarət yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Sabir Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

10.14

Ağstafada qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Köçəsgər kəndində Yaşar Zeynalovu qətlə yetirməkdə, onun qardaşı Müşfiq Zeynalovu bıçaqlamaqda şübhəli bilinən 1986-cı il təvəllüdlü Sabir Məmmədov tutulub.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

03:33

Ağstafada törədilmiş ağır cinayətin bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Köçəsgər kəndində yerləşən kafelərin birində düşən mübahisə zəminində Zeynalov Yaşar Əmirxan oğlu və qardaşı, 1971-ci il təvəllüdlü Zeynalov Müşfiq Əmirxan oğlu bıçaqlanıb. Ürək nahiyəsindən bıçaq xəsarətləri alan Y.Zeynalov hadisə yerindəcə dünyasını dəyişib. M.Zeynalov isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Hadisəni törətməkdə 1986-cı il təvəllüdlü Məmmədov Sabir Hüseyndik oğlu şübhəli bilinir.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

02:50

Ağstafa rayonunda bir nəfər mübahisə zəminində bıçaqlanaraq qətlə yetirilib, daha bir nəfər isə ağır xəsarət alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Köçəsgər kəndində baş verib.

Belə ki, bıçaq xəsarətləri alan iki nəfərdən biri hadisə yerində ölüb. Daha bir nəfər - 1971-ci il təvəllüdlü Müşfiq Əmirxan oğlu Zeynalov bir neçə bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Digər şəxsin kimliyi araşdırılır.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

02:36

Ağstafa rayonunda qətl hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Köçəsgər kəndində qeydə alınıb. Belə ki, bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) bıçaq xəsarəti alıb. O, ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi