Yuxarı

​Ağstafada biçilmiş taxıl sahəsi yandırılıb

Faktla bağlı FHN və rayon polis şöbəsində araşdırma aparılır

Bakı. 15 avqust. REPORT.AZ/ Ağstafa rayonunda əkin sahəsi yandırılıb.

“Report”un xəbərinə görə, hadisə rayonun Göycəli kəndində qeydə alınıb.

Məlumata görə, 10-a yaxın kənd sakininə məxsus 20 hektar biçilmiş taxıl sahəsi qəsdən yandırılıb.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyi və rayon polis şöbəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi