Ağstafada avtomobil 62 yaşlı kişini vurub

Ağstafada avtomobil 62 yaşlı kişini vurub Ağstafa rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
2 Fevral , 2020 23:14
Ağstafada avtomobil 62 yaşlı kişini vurub

Ağstafa rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Həsənsu kəndində qeydə alınıb.

Kənd ərazisində yolu qarşı tərəfə keçmək istəyən, 1958-ci il təvəllüdlü Xüdayar Zeynalovu avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan piyada hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi