Ağstafa şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən birində 10 nəfərin qida zəhərlənməsindən xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.
"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə həmin iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş 10 nəfərə zəruri ilkin tibbi yardım göstərilib və onlar ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb.
Araşdırma davam etdirilir
Ağstafada dönərdən zəhərləndikləri ehtimal olunan sakinlər evə buraxılıblar.
“Report”un Qərb bürosunun məlumatına görə, Ağstafa Mərkəzi Rayon Xəstəxanasına qida zəhərlənməsi ilə müraciət edən 10 nəfərə zəruri tibbi yardım göstərilib daha sonra evə buraxılıblar.
Xatırladaq ki, zərərçəkənlərin Ağstafa şəhərində fəaliyyət göstərən kafelərin birindən alınmış dönərlərdən zəhərləndikləri ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Ağstafada dönərdən zəhərləndiyi ehtimal edilənlərin sayı 10-a çatıb.
"Report"un Qərb bürosunun məlumatına görə, zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılanlar bunlardır:
Ağstafa rayon sakinləri – A.O.E. (2021), Abbasova Nərmin Elvin qızı (2006), Məmmədli Mahirə Yavər qızı (1997), M.Z.H. (2020), Rəhimova Mehriban Vasif qızı (1971), S.H.C. (2008), S.G.C. (2015), Y.F.V. (2013), Rəhimova Həmayə Əbülfət qızı (1944), Əsədli Zaman Mehman oğlu (2004).
Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir
Faktla bağlı araşdırma aparılır.
Ağstafada dönərdən zəhərləndiyi ehtimal edilənlərin adları məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılanlar bunlardır:
Ağstafa rayon sakinləri, 2021-ci il Ö.Abbasov, 2006-cı il təvəllüdlü N.Abbasova, 1997-ci il təvəllüdlü M.Məmmədli, 2023-ci il təvəllüdlü Z.Məmmədli, 1971-ci il təvəllüdlü M.Rəhimova, 2018-ci il təvəllüdlü H.Sadıqzadə, 2015-ci il təvəllüdlü G.Sadıqzadə, 2013-cü il təvəllüdlü F.Yolçiyeva və 1944-cü il təvəllüdlü H.Rəhimovadır.
Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir
Faktla bağlı araşdırma aparılır.
Ağstafada 9 nəfər qidadan zəhərlənib
"Report"un Qərb bürosunun məlumatına görə, üçü uşaq olmaqla 9 nəfər qida zəhərlənməsi ilə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Onların Ağstafa şəhər ərazisində fəaliyyət göstərən obyektlərin birindən aldıqları dönərdən zəhərləndiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.