Ağstafada 87 yaşlı kişini avtomobil vuraraq öldürüb 

Ağstafada 87 yaşlı kişini avtomobil vuraraq öldürüb  Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub
Hadisə
5 İyul , 2022 01:09
Ağstafada 87 yaşlı kişini avtomobil vuraraq öldürüb 

Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Ağstafa rayon sakini, 1935-ci il təvəllüdlü Hayqaz Hacıməmməd oğlu Musayevi taksi fəaliyyəti göstərən avtomobil vurub.

O, ağır xəsarətlər alaraq xəstəxanaya aparılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, orada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi