Ağstafada 46 yaşlı qadını avtomobil vurdu

Ağstafada 46 yaşlı qadını avtomobil vurdu Ağstafa rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
19 Mart , 2020 19:20
Ağstafada 46 yaşlı qadını avtomobil vurdu

Ağstafa rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza Ağstafa şəhərində Dəmir Yolu Vağzalı yaxınlığında qeydə alınıb. 

Belə ki, 1974-cü il təvəllüdlü Süsən Vaqif qızı Novruzovanı avtomobil vurub. Piyada müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi